“Azərsun Holdinq”dən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək - FOTOLAR

Hər zaman həyata keçirdiyi sosial layihələr və humanitar yardım aksiyaları ilə ehtiyacı olanların köməyinə yetişən “AzərsunHoldinq” növbəti dəfə ənənəsinə sadiq qalıb. Bu dəfə adıçəkilən Şirkətlər Qrupu Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardım əlini uzadıb.  

"Sherg.az" xəbər verir ki, “AzərsunHoldinq”in Müşahidə Şurasının sədri AbdolbariGozalın təşəbbüsü ilə qardaş ölkədə təbii fəlakət nəticəsində zərər görmüş şəxslərə5 TIR ilkin tələbat, qida və qeyri-qida məhsulları göndərilib. 

Bununla bərabər “AzərsunHoldinq” kollektivi də könüllü şəkildə Türkiyənin Azərbaycandakı səfirliyi və digər təşkilatların xətti ilə yardımlarda aktiv şəkildə iştirak edir.