Mən iqtidara meyillənmirəm, elə iqtidarın özündəyəm".
Bunu "Sherg.az"a açıqlamasında tanınmış şair Qəşəm Nəcəfzadə deyib.
O bildirib: "Çox sevinirəm, şadam ki, cənab prezident və hörmətli Mehriban xanım Əliyeva mənə mənzil verib. Bu hakimiyyətin mədəniyyət xadimlərinə və ziyalılara diqqətinin bir nümunəsidir. O ki, qaldı iddialara, hamısı boş şeylərdir. Yerindən duran uşaq-muşaqlar "Facebook" da status paylaşır. Bunlar düzgün söhbət deyil. Kimə mənzil bağışlanırsa, sadəcə sevinmək lazımdır. Bir daha cənab prezidentə və Mehriban xanıma özümün və ailəm adından təşəkkür edirəm".
Qey edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə mənzil hədiyyə edib. Bu barədə Q.Nəcəfzadə özünün Feysbuk hesabında post paylaşıb. Şairin sözlərinə görə, ona bağışlanan ev Bakı şəhərindədir.