Müğənni Şəbnəm Tovuzlu Türkiyədə zinət əşyası brendinin siması olması haqda danışıb.
“Sherg.az” xəbər verir ki, bu barədə ifaçı “Xəbər-ətər” verilişində söz açıb.
Şəbnəm sözügedən brendin siması olaraq türkiyəli müğənni Hadise ilə onu düşündüklərini qeyd edib:
“Prodüsserim Şəhanə xanıma təklif gəldi. Mağaza Türkiyədə yerləşir. İranlılarla türklər şərikdilər. Onlar markanın siması olmağımı istəyiblər. 2 ay davamlı müqavilə ilə qonorar miqdarını söylədim.
Hadisə ilə mənim aramda seçim ediblər. Hadisə onların başqa markasının zinət əşyasına çəkilib”.
Qeyd edək ki, “Show News”un məlumatına görə, müğənninin həmin müqavilədən 200 min dollar pul qazandığı deyilir.