Naxçıvanda Nərimanovun heykəli yerinə qaytarılıb - FOTO

Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən “Böyük bağ” ərazisindəki heykəli yerinə qaytarılıb.
APA-nın Naxçıvan bürosu xəbər verir, aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub.
Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, heykəl mərmər zavodunda bərpa olunub.