İsrail aviasiyası Qəzzanı bombardman etdi

İsrail qırıcıları və helikopterləri Qəzzanın şimal və mərkəzi ərazilərinə zərbələr endirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb.

“Son saatlarda İsrail hərbçiləri Qəzza zolağının şimalında hücumlara başlayıb. İsrail qırıcılarının Cəbəliyyədə yaşayış binasını bombalaması nəticəsində bir neçə nəfər yaralanıb. Eyni zamanda İsrail hərbi vertolyotları Qəzzanın mərkəzindəki Əl-Həqr rayonuna hücum edib”, - məlumatda qeyd olunub.