Qazaxda tələbələr dönərdən zəhərləniblər

Oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində tələbələr dönərdən zəhərlənib.

Oxu.Az-ın məlumatına görə, tələbələr Sabirabad rayon sakini 2003-cü il təvəllüdlü Ö. Rüstəmov, Tovuz rayon sakinləri 2007-ci il təvəllüdlü F. Rzayeva, 2001-ci il təvəllüdlü İ. Niyazova, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü F. Süleymanova, Yevlax rayon sakini 2005-ci il təvəllüdlü F. Nəsibova, Ağstafa rayon sakinləri 2000-ci il təvəllüdlü Ş. Məmmədova, 2005-ci il təvəllüdlü N. Hacıyevə, Daşkəsən rayon sakini 2005-ci il təvəllüdlü C. İsrafilova, Mingəçevir şəhər sakini 2007-ci il təvəllüdlü S. Əliyevaya, Şəmkir rayon sakini 2004-cü il təvəllüdlü N. Əmirovaya, Beyləqan rayon sakini 2004-cü il təvəllüdlü R. Mədətova, Ağcabədi rayon sakini 2005-ci il təvəllüdlü M. Qasımovaya, Şamaxı rayon sakini 2003-cü il təvəllüdlü N. Məlikova, Qazax şəhər sakini 2006-cı il təvəllüdlü R. Məmmədliyə, Gədəbəy rayon sakini 2005-ci il təvəllüdlü G. Bağırovaya, Kəlbəcər rayon sakini 2005-ci il təvəllüdlü M. Şahbazova, Goranboy rayon sakinləri 2004-cü il təvəllüdlü O. Cəfərova və 2005-ci il təvəllüdlü A. İsgəndərovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırmalar aparılır.