Rok-n-rollun əfsanəsi Elvis Preslinin qızı Liza Mari Presli ötən ilin yanvarında 54 yaşında vəfat edib. Məşhur müğənninin yazmağa başladığı memuarını ölümündən sonra qızı Riley Keough tamamlayıb. Kitab nəşr olunandan sonra dəhşətli həqiqət üzə çıxdı.
Sherg.az xəbər verir ki, Keoughun anasının xatirələrinin yer aldığı "Buradan Böyük Naməluma" kitabında qeyd etdiyi bir fakt hər kəsi təəccübləndirib.
Kitabdakı qeydlərə görə, Lisa Marie Presli 2020-ci ildə 27 yaşında intihar edən oğlu Benjamin Keoughun cəsədini evində temperaturu tənzimlənən otağa qoyub və iki ay bu şəkildə saxlayıb.
Lisa Marie Presli ölümündən əvvəl etdiyi hər çıxışında oğlu Benjamini itirdikdən sonra özünə gələ bilmədiyini, ölümünün acısı ilə əslində öldüyünü və diri ölüyə çevrildiyini söyləyib.
Digər tərəfdən, Lisa Marie Presli bir neçə il əvvəl bariatrik əməliyyat keçirdikdən sonra nazik bağırsaq tıxanıqlığından yaranan ağırlaşmalar səbəbiylə ölüb.
Lakin Preslinin qızı anasının ölümünün bundan qaynaqlandığını düşünmür.
Preslinin qızı Riley Keough, "Anam Benjamin öldükdən sonra mənə və kiçik bacılarım üçün əlindən gələni etdi, amma onun nə qədər ağrılar çəkdiyini bilirdik. Anam əməliyyatın yan təsirlərindən fiziki olaraq öldü, lakin hamımız bilirdik ki, o, qırıq ürəkdən ölüb”.