Xalq artisti Zərifə Əliyevadan YAZDI:“...Fəxr etməliyik” 

Xalq artisti Brilliant Dadaşova Akademik Zərifə Əliyeva ilə bağlı paylaşım edib.
“Sherg.az” xəbər verir ki, Z.Əliyevaya həsr olunmuş mahnısını səsləndirdiyi anları paylaşan sənətçi bu sözləri yazıb:

“Atam, Zərifə xanımın qardaşları Tamerlan- Cəmil Əliyev, bacısı Ləzifə xanım və onun həyat yoldaşı Ağaəli dayı ilə dostluğundan danışarkən bu ailənin başçısı Əziz Əliyevin Azərbaycanın Dirçəlişi uğrundakı xidmətlərindən tez-tez bəhs edərdi. 
Bu gün Zərifə Əliyevanın yubileyi qeyd olunur. Hər bir azərbaycanlı öz ziyalı əcdadlarımızla fəxr etməlidir. 
Atamın Zərifə xanımın ailəsi ilə dostluğundan söz açdığı söhbətlər yaddaşıma həkk olunub”.