Brilliant Dadaşova Aftandil İsrafilovdan YAZDI

Xalq artisti Brilliant Dadaşova bir neçə gün əvvəl vəfat edən Xalq artisti Aftandil İsrafilovla bağlı paylaşım edib. 
“Sherg.az” xəbər verir ki, o, İnstaqramda mərhumla görüntülərini paylaşıb və bu sözləri yazıb:
“Aftandil İsrafilov dünyanı tərk etdikdən sonra anladım ki, bütöv bir dövr geridə qaldı. O, 20-ci əsrin musiqi aləminin simvolu idi. Bu şəxsiyyətlər gedişləriylə mənəvi dəyərləri də özləri ilə apardılar”.