Könül Xasıyeva məhkəməyə gəlmədi 

Xalq artisti Könül Xasıyeva və tanınmış jurnalist Pərviz Hüseynin məhkəmə prosesindən xəbər var. 
“Sherg.az”ın əldə etdiyi məlumata görə, tərəflər aprelin 27-i hakim qarşısında üz-üzə gəlməli olsa da, xanəndə məhkəmədə iştirak etməyib. 
Bu səbəbdən də məhkəmə 11 may tarixinə təxirə salınıb. 

Qeyd edək ki, qalmaqala P. Hüseynin ötən il K. Xasıyeva haqda status yazması səbəb olub.
Paylaşımda jurnalist xanəndənin sənət dostlarından ona bir toyun pulunu bağışlamasını istəməsinə irad bildirib. İllər öncə xalq artistinə toplanan ianə ilə 2 min manata it alması iddiasından bəhs edib.

Onu da xatırladaq ki, K. Xasıyeva jurnalistdən 40 min mənəvi, 60 min manat maddi olmaqla, ümumilikdə 100 min manat təzminat tələb edir.