Bəstəkar  məşqçiyə haqq qazandırır? - ETİRAZ

Bəstəkar-şair Rasim Müzəffərlinin növbəti statusu müzakirəyə səbəb olub.
“Sherg.az” xəbər verir ki,  o, idman zalında məşqçinin keçirdiyi məşq zamanı ağır xəsarət alıb ölən 7 yaşlı uşaqdan yazıb.
“Valideyn bilməlidir ki, döyüşçü sığallana-sığallana yetişdirilmir” -  deyə, Müzəffərli bildirib.
İstifadəçilər sənətçinin bu fikri ilə razılaşmayıb və ona etiraz ediblər. R. Müzəffərli “Mən o məşqçiyə tam haqq qazandırmaq fikrindən uzağam. Amma valideynlər də nəzərə almalıdırlar ki, bədən tərbiyəsi müəllimi ilə döyüş idmanı məşqçisi arasında böyük fərq var. Mən başqa şey yazmışam. İstəyirəm, döyüşçülərin necə yetişdirilməsini valideynlər bilsinlər. Döyüş idman növləri üzrə çempion olmuş idmançılar nə demək istədiyimi daha yaxşı başa düşərlər. Hesab edirsiz ki, döyüş idman növləri üzrə çempionlar sığallana-sığallana yetişdirilir? Videoya baxmışam. Çalışdığım valideynləri xəbərdar etməkdir. Başqa?”, - deyə, vurğulayıb.