Niyam Rəmişin arvadından DANIŞDI:“Soyuducusunu açdım...” – Kövrək notlar!



 Müğənni Niyam Salami mərhum Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) xanımı Güllü Hüseynovadan danışıb.
“Sherg.az” xəbər verir ki, Niyam “Astar” TV-də Güllünün hazırda yaxşı olduğunu söyləyib:
“Zəng edib, nömrəsini tapdım. Alo deyən kimi Gülü ağladı. Dedim, Gülü sənsən? Dedi, mənəm, qadan alım. Söylədim ki, ağlama, bir öyrən gör kimdi. Dedi ki, nəfəsinə qurban, Niyam, sənsən. Sonra soruşdum ki, haradasan, harada yaşayırsan. Dedi, Yasamalda qalıram. Gördüm ki, metroya yaxın, yaxşı bir yerdə yaşayır. Sonra gördüm ki, bu qadın bumbuzdur, ağappaq, gözünün altı qaradır. Depressiya yaşayır, soyuducuya Rəmişin şəklini yapışdırıb, hər yerdə Rəmişə aid nəsə var.  Dedim ki, kömək budur. Danışdıq, sonra getdim, soyuducusunu açdım. Fikirləşdim ki, birdən nəsə olmaz. Baxdım ki, yox, bilinçikə, ətə qədər doldurub. Amma yemir. Zarafatla dedim ki, restoranda işləyirsən? Dedi ki, hər şey var. Gördüm ki, ab-havası o deyil. Sadəcə söylədim ki, səni harasa çağırsam, gedərsən? Dedi, hə. Qayıtdım ki, onda bitdi. Onu da xahiş etdim, gətirdim, işçi qadınları yığdım, dedim onların üstündə dayan. Gəl, başın qarışsın. O qədər dua edirəm ki, nə yaxşı ki, razılıq verdi, evdən çıxara bildim. O, gedir, sevinci mənə ləzzət edir.İşini də yaxşı görür. Deyirəm , elə bil anamsan, böyük bacımsan yanımda. Nəsə də olanda ona deyirəm. Söyləyirəm ki, yemək bişir, deyir, bu dəqiqə”.