Dilarə hamını kövrəltdi:“Anam deyir ki, kaş...”

Əməkdar artist Dilarə Əliyevanın mərhum həyat yoldaşı Oqtay Əliyevlə bağlı sözləri hər kəsi kövrəldib. 
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Söhbət var” verilişində qonaq olarkən danışıb. 
“Hara gedirdisə, fikirləşirdi ki, mütləq əli dolu getməlidir. Hamını başına yığıb ata, qardaş qayğısı göstərirdi. Mənim ailəm, qardaşım özünə yer tapa bilmir. Anam deyir ki, kaş mən ölərdim, Oqtaya heç nə olmazdı. Həmin sözü mən deyirəm. Oqtay yaşamağa o qədər layiq insan idi”.