Şəkidə itkin düşən məktəbli qız tapıldı - YENİLƏNİB

Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb.
Günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.
10:35
Şəki şəhərində məktəbli qız itkin düşüb.
Oxu.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Günsel Hacıyeva mayın 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.