Sabiq polis əməkdaşı özünə qəsd etdi

Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə Daxili İşlər Orqanlarından xaric edilib.
Faktla bağlı araşdırma aparılır.