Cəlilabadda ağacları qanunsuz kəsən şəxs cəzalandırıldı

Cəlilabad şəhəri, Heydər Əliyev prospektində qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırma aparılıb.
“Report”un məlumatına görə, aparılan araşdırma zamanı qanunsuz 2 ədəd ağacı kəsən Cəlilabad şəhər sakini 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cəzalandırılaraq cərimə olunub.
Kəsilmiş ağacların yerində Cəlilabad bələdiyyəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmcins ağaclar yenidən əkilib.