Komitə sədri: “Dini cahillərin deyil, aparıcı imamların..." 

“Hər bir vətəndaş məscidə gəlib orada ibadət edə bilər. Onun hansı məzhəbin daşıyıcısı olması müzakirə mövzusu deyil”.
Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, əsas odur ki, stabillik, dinlərarası harmoniya olsun:
“Bu işlərdə dini cahillərin deyil, aparıcı imamların rəyləri bizim fikrimizlə üst-üstə düşür. Azərbaycan müstəqil, dünyəvi dövlətdir. Biz bu vəhdəti dinlərarası harmoniyanı, qarşılıqlı anlaşmanı daim qorumalıyıq”.