Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçi Ağstafada dəfn ediləcək


Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafa rayonunda dəfn ediləcək.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Vurğun qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Belə ki, 1998-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsi sakini olub.

O, iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş.

Şəhid O.Novruzəlizadə subay olub, bir qardaşı və iki bacısı var.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.