"Problem "Prius"da deyil, onu idarə edən insandadır".
Bunu "Sherg.az"a nəqliyyat eksperti Elməddin Muradlı Bakıda "Prius" sürücüsünün yol hərəkəti qaydalarını pozmasından danışarkən deyib. Onun sözlərinə görə, "Prius" sürücülərinin davranışı, münasibəti, yol hərəkəti qaydalarına əməl etməsi çox önəmlidir:
"Hər şey maşını idarə edən şəxsin təfəkkürü, düşüncəsindən asılıdır. "Prius" idarə edənlərin də 90 faizi taksi sürücüləridir. Çünki ekonom maşınlar olduğu üçün hibrid və rahatdır. O baxımdan taksi sürücüləri "Prius"a daha çox üstünlük verir. Bölgələrdə iş tapa bilməyən insanlar daha Bakıya axın edirlər. Yol hərəkəti qaydalarını da pozurlar. Nəticədə qəza hadisələri baş verir. Bakı şəhərində gündəlik 10 qəzadan 7si "Prius"ların iştirakı ilədir".
Qeyd edək ki, Bakıda sürücü yol hərəkəti qaydalarını pozub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Dərnəgül yolunda “Toyota Prius” markalı avtomobilin sürücüsü körpünün üzərində əks istiqamətdə hərəkət edib.