İran şahının gəlini Bakıya gəldi - Foto

İran şahı Rza Pəhləvinin oğlunun arvadı Yasmin Pəhləvi Bakı çimərliklərinin birində çəkilmiş fotosunu sosial şəbəkədə paylaşıb.

Axar.az xəbər verir ki, o, paylaşımında Azərbaycana dəvətlə gəldiyini bildirib.

“İlk dəfə Xəzər dənizinin sularında keçirdiyim dərin hissləri sizinlə bölüşmək istəyirəm. Ölkəmdən cəmi bir neçə saatlıq məsafədə olduğumu anlamaq o qədər qəribədir ki”, - o bildirib.