Tanınmış teleaparıcı reanimasiyaya düşdü

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib.
Bakupost.az Gununsesi.info-ya istinadla bildirir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib.
Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.