Facebook, Instagram və WhatsApp-ın sahibi Meta Twitter-ə rəqib olan yeni sosial media platforması Threads-ı istifadəyə verib.
"Sherg.az" xəbər verir ki, Meta-dan verilən açıqlamada Threads-in Instagram komandası tərəfindən mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək üçün yaradılan yeni tətbiq olduğu bildirilib.
Açıqlamada bildirilib ki, istifadəçilər yeni platformaya Instagram hesabları vasitəsilə daxil ola bilərlər. Yeni platformada simvol limitinin 500 olduğu bildirilən açıqlamada linklərin, fotoşəkillərin və 5 dəqiqəlik videoların da paylaşıla biləcəyi qeyd edilib.
Threads-in iOS və Android sistemləri üçün 100-dən çox ölkədə mövcud olduğu və bu ölkələrdə tətbiqi App Store və Google Play Store-dan yükləmək mümkün olduğu bildirilib.
Meta şirkətinin baş direktoru Mark Zukerberq rəsmi Threads hesabındakı ilk yazısında “Gəlin bunu edək. Threads-ə xoş gəlmisiniz”.
Threads-in vizyonunun söhbət üçün açıq və səmimi bir ictimai məkan yaratmaq olduğunu ifadə edən Zukerberq, İnstaqramın ən yaxşı bacardığı şeyi götürməyə və mətnlər, fikirlər və insanların zehninin müzakirəsi ətrafında yeni bir təcrübə yaratmağa ümid etdiklərini ifadə etdi.
Zukerberq "İlk 2 saatda Threads 2 milyon üzv keçdi" məlumatını paylaşıb.