"WhatsApp"da yeni özəllik + FOTO

WhatsApp yayımladığı yeniləmə ilə bəzi ölkələrdə iOS cihazlarında kanal yaratma xüsusiyyətini açıb.

"Sherg.az" "Wabetainfo"ya istinadən xəbər verir ki, son yeniləmədən sonra Whatsapp-ın artıq Sinqapur və Kolumbiyada kanal yaratma xüsusiyyətini istifadəyə verdiyi bildirilib.

Xəbərlərdə bu xüsusiyyətin Sinqapur və Kolumbiyadakı istifadəçilərlə məhdudlaşdığı vurğulanıb. Digər ölkələrdə kanallar xüsusiyyətinin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı məlumat verilmir.