Bir müddət əvvəl iki ayağından cərrahiyə əməliyyatı olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı səhhəti ilə bağlı mətbuata danışmaq istəməyib.
"Sherg.az" deputatın hazırkı vəziyyətini öyrənmək üçün özü ilə əlaqə saxlayıb.
O çox məlumat vermək istəmədiyini bildirsə də, yaxşı olduğunu qeyd edib:
"Əməliyyat olundum keçdi-getdi. Artıq işə çıxıram. Ümumiyyətlə bu əməliyyatın mətbuata nə dəxli var? Əsas odur ki, işə çıxıram və sağlamlığım yerindədir".