Antalyanın Alanya səmtindəki Syedra qədim şəhərində 1800 ilə aid edilən ikinci tanrıça Nike (zəfər ilahəsi) heykəli bir həftə ara ilə tapılıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki,5 ildir aparılan qazıntılar Karamanoğlu Mehmetbey Universiteti Arxeologiya Bölümü Müəllim və Syedra Antik Şəhər Qazıntı Başçısı Dos. Dr. Ertuğ Ergürerin rəhbərlik etdiyi komanda tərəfindən davam etdirilir.
Bir həftə əvvəl Syedra Qədim Şəhərində tapılan ikinci qələbə ilahəsi Nike heykəli də davam edən araşdırmalar nəticəsində gün üzünə çıxarılıb.
Digər tərəfdən, Qazıntılar və Araşdırmalar İdarəsinin sosial media hesabında "Alanya-Syedra Antik Şəhərində qazıntılarımız zamanı eramızın 2-ci əsrinə aid 83 santimetr hündürlüyündə daha bir Nike heykəli ortaya çıxdı" qeyd paylaşılıb.