Şimal bölgəsinə güclü qar yağıb 

Şimal bölgəsinə güclü qar yağıb.
APA-nın Şimal bürosu xəbər verir ki, Quba, Qusar və Xızının yüksək dağlıq ərazilərinə 14 sm. qalınlığında qar düşüb.
Qar daha çox Qubanın Qrız, Xınalıq, Qusarın Laza və Xızının Altıağac yaşayış məntəqələrinə yağıb.

Bölgədə ən çox soyuq temperatur Xınalıqda (mənfi 8 dərəcə) qeydə alınıb.