Erməni deputat Bakıda yaşamaq istəyir

Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan Azərbaycanda yaşamaq istəyir.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə Bakıya köçəcəyini bildirib.
“Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”, - V.Qabrielyan qeyd edib.
Erməni deputat Ermənistanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.
“Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlət var”, - o bildirib.
Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycan qaçqınların geri qayıtmasını təmin etməlidir.
Qeyd edək ki, erməni deputat bundan öncə bozqurd işarəsi ilə gündəmə gəlmişdi.