AMEA prezidenti: Belə getsə, seysmologiya sahəsində alim tapılmayacaq

Ölkəmizdə seysmologiya üzrə doktorantura təhsili yoxdur. Bu məsələ çox önəmlidir.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında deyib
O bildirib ki, Nazirlər Kabineti qarşısında seysmologiya üzrə doktorantura ixtisasının açılması barədə məsələ qaldırmaq yerinə düşər:

"Ölkədə seysmologiya sahəsində alimlərimizin sayı barmaqla sayılacaq qədərdir. Belə getsə, bir müddətdən sonra bu sahədə alim tapılmayacaq".