Naxçıvanın işdən çıxarılan prokuroruna yeni vəzifə verildi

Baş Prokurorluqda kadr dəyişikliyi olub.
Manset.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 2023-cü ilin yanvarın 31-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilib.