Hökməlidə qanunsuz tikili söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən Bakupost.az -a verilən xəbərə görə, Nəsimi rayonu və Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.