Azərbaycandan Ermənistana əsirlərin qaytarılacağı vaxt açıqlanıb

Erməni əsirlər bir neçə günə, hətta yaxın saatlarda ölkəyə qaytarılacaq.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.
Komissiya sədri həmçinin əlavə edib ki, əsirlərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş verə bilər.