Yeni ilə 1 həftə qalmış heç bir hoteldə yer tapılmayacaq-Xəbərdarlıq

Hər il Yeni il bayramı ərəfəsində Azərbaycanın turizm sektorunda canlanma yaşanır. Yerli turistlər bayramı bölgələrdə keçirmək üçün səfərlər planlaşdırır, xarici turistlər ölkəmizə gəlmək üçün turpaketlər alırlar.
Bölgələrdə bayram kampaniyaları və qiymətlər? Yeni il bayramı ərəfəsində turizm sektorundakı vəziyyət nə yerdədir?

Məsələ ilə bağlı Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev "sherg.az"-a açıqlamasında bildirib ki, regionlarda yeni il ərəfəsində qiymət  heç də ucuz olmayacaq:

"Qiymətlər 1000-2000 manatdan çoxdur. Hətta, Şuşaya belə tur mövcuddur. 2500 manata 2 nəfərlik 3 gecəlik məşhur müğənnilərin çıxışı ilə yeni il gecəsi təşkil olunacaq. Qiymətlərin yüksək olmasının əsas səbəbi təbii ki, tələbatın çox olmasıdır. Yeni ilə 1 həftə qalmış heç bir hoteldə yer tapılmayacaq. Alternativ olaraq turizm şirkətlərinin təklifləri təqdirəlayiqdir. Qonaqlar maşın sürərək yanacaq sərf etmiyəcək həmçinin ,yorulmayacaqlar. Turlara qoşularaq çox münasib qiymətə 5 ulduzlu hotel olmasa da  4 ulduzlu hotellərdə 100-200 manat  arası 1 gecə 2 günlük çox gözəl təkliflərlə bayramı keçirə bilərlər. Mənim fikrimcə, vətəndaşlarımız bu cür turlardan yararlansınlar. Turpaketlərdən istifadə həm maddi baxımdan sərf edəcək,həm də turistlərlə birlikdə səmimi ortamda bayramı qeyd etmiş olacaqlar".