ADY sədri: Ağdam dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə bağlı layihə razılaşdırılır

Ağdam Dəmir yolu və avtovağzal kompleksinin tikintisinə başlanılması üçün son layihənin razılaşdırılma işləri həyata keçirilir.
"APA-Economics"in xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapqalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, hazırda ADY tərəfindən Qarabağda iki layihə icra olunur: "Bu Bərdə və Ağdam layihəsidir. Artıq layihənin böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yol xətti çəkilib. Layihənin 85 faizi icra olunub. Təzəkənd, Köçəri və Bərdə stansiyalarının tikintisi də yaxın vaxtlarda yekunlaşacaq".