Faktiki hava açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 12-si saat 16:00-a olan məlumatına əsasən Gəncə, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağ, Qaxda (Sarıbaş) qar yağıb.
Duman: Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Şəki, Şamaxı, Göyçay, Lerikdə müşahidə olunub.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 10-14 dərəcə isti, Aran rayonlarında 6-8 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə isti olub.