Əsir Aqşin Bəbirovun anası: Bütün qohumlarla birlikdə onun gəlişinə hazırlaşırıq

Hazırda Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində əsirlərin mübadiləsi prosesi başlayıb. 
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.                  
Az sonra iki ölkənin nümayəndələrinin sözügedən əraziyə gələcəyi qeyd edilib. Xatırladaq ki, daha əvvəl əldə olunan razılığa görə, Azərbaycan 32 erməni hərbçisini, Ermənistan isə öz növbəsində 2 azərbaycanlı hərbçini azad edəcək.

Hadisə ilə bağlı əsirimizin anası Aqşin Bəbirovun anası Dürdanə Bəşirovla əlaqə saxladıq. 
O, “Sherg.az”a açıqlamasında bildirdi ki, bugünki xəbəri eşidən zaman həyəcandan bir tərəfim quruyub:
"Hazırda hiss etdiyim sevinci sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Bu xoşbəxtliyi bayram ərəfəsində bizə yaşatdığı üçün ölkə prezidentinə çox təşəkkür edirəm. Oğluma qovuşmaq bayramda  mənə verilən ən dəyərli, böyük hədiyyələrdən biridir. Media nümayəndələrinə minnətdaram ki, bu çətin günlərdə bizim yanımızda oldular. Bütün qohumlar, dotlarla birlikdə onun gəlişinə hazırlaşırıq".