TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin edilib

Tibbi Əraziləri İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin edilib.
Ajeeg.az xəbər verir ki, Elnur Hidayətoğlu şöbənin müdiri təyin olunub.
O, faktı APA-ya təsdiqləyib.
Xatırladaq ki, o, daha əvvəl Bakı Baş Səhiyyə İdarəsinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Zamirə Ədilovadır. Departamentin iki şöbəsi var - İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya şöbələri. Daxili Kommunikasiya şöbəsinin müdiri isə Aynur Nurəliyevadır.