Azərbaycanda ötən ay geyimə 1 mlrd. manatdan çox vəsait xərclənib

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 7 milyard 541.8 milyon manat vəsait xərclənib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 888 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin noyabr ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 1 milyard 93 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.