Ramiz Məliklə vida mərasimi keçirilir (FOTO)

Xalq artisti Ramiz Məliklə vida mərasimi keçirilir.
Trend xəbər verir ki, Xalq artisti Ramiz Məliklə vida mərasimi Heydər Məscidində baş tutur.
Mərasimə aktyorun ailəsi, yaxınları, sənət dünyasından olan dostları qatılıb.
Mərasimdən sonra Xalq artistinin nəşi 2-ci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də 80 yaşında vəfat edib.