Azərbaycanda ət istehsalı artıb

2023-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 538,2 min ton ət, 2062,2 min ton süd, 2001,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357,0 ton barama istehsal olunub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,3 faiz, yumurta istehsalı 9,9 faiz, barama istehsalı 4,6 faiz artıb, yun istehsalı isə 3,0 faiz azalıb.