DİN: Seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara sənədlərin verilməsi prosesinə başlanıb

Seçki gününədək şəxsiyyət vəsiqəsinin vaxtı bitən vətəndaşlara, seçki gününədək 18 yaşı tamam olacaq vətəndaşlara lazımi sənədlərin verilməsi prosesinə başlanıb.
Bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, mümkün pozuntuların qarşısı alınması üçün seçkilərin keçirilməsinə mane olmaq istəyən pozucu qüvvələrə qarşı iş rejimi qüvvətləndirilib: “Xüsusi İşçi Qrup yaradılıb. Xarici ölkələrdə olan vətəndaşların siyahısının hazırlanmasına başlanıb. Qanunsuz saxlanılan silahların yığılması istiqamətində də lazımi tədbirlər davam etdirilir”.