Bakı Beynəlxalq Avtovağzal Kompleksindən qiymətlərlə bağlı AÇIQLAMA

"Yeni il" bayramı ilə əlaqədar rayonlara səfər edən vətəndaşların sayında artım olacaq. Bəzən bu vəziyyətdən sui istifadə edən avtobus sürücüləri suni qiymət artımına əl atırlar.                                                                                                               
Bəs görəsən, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində vəziyyət nə yerdədir?
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Sabir Bilalovla əlaqə saxladıq.  

 O, "Sherg.az"a bildirib ki, hazırda heç bir problem yaşanmır:

"Biletlərin öz qaydasında satışı təşkil olunur. Hansısa qiymət artımı yoxdur. Bayram ərəfəsində də yüksələcəyi gözlənilmir. Sərnişinlər biletlərdəki suni qiymət artımı ilə bağlı öz iradlarını bizlərə bildirə bilərlər".