Sumqayıt sakinləri maraqlı halla rastlaşıblar.
Belə ki, işıqfor yolu keçmək üçün piyadalara dörd saniyə vaxt verir. Sözsüz ki, bu vəziyyətdən yaşlı şəhər sakinləri daha çox əziyyət çəkir.
Məsələ ilə bağlı Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada xronometrajı düzgün tənzimləməyiblər:
“Sözsüz ki, dörd saniyəyə heç kəs yolu keçə bilməz. Gərək, cəld qaçaraq piyada zolağından o biri tərəfə keçəsən. Bunun üçün isə hər adamda güc, qüvvət yoxdur. Ən çox da bu yaşlılara, azyaşlı uşaqlara, fiziki qüsurlu şəxslərə maneə törədəcək. Yollarda işıqforları quraşdırarkən belə məsələlər mütləq nəzərə alınmalıdır. Yol polisi sözügedən əraziyə baxış keçirtməlidir. İşıqforun saniyələri hərəkətə uyğun tənzimlənməli, nəqliyyat vasitələrinin axınına nisbətdə hesablanmalıdır. Nəticədə buna uyğun addım atılmalıdır".