Gecikən Bakı-Naxçıvan reysi yola düşdü

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər.
Bu barədə AZAL məlumat yayıb.
"Eyni zamanda Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər", - məlumatda deyilir.