İki nəfər prokurorluq orqanlarından xaric edildi

2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, onlardan yeddi nəfər vəzifədən azad olunub:

“İki nəfər prokurorluq orqanlarından xaric edilib”.

K.Əliyev əlavə edib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.