II. Əbdülhəmidin nəvəsi evləndi, nikah şahidi İlber Ortaylı oldu

Osmanlı sülaləsinin "sultan" titulu ilə yaşayan 14 qadın üzvündən biri olan II Əbdülhəmid Xanın nəvəsi Berna Sultan Osmanoğlu İstanbulda evlənib. Cütlüyün şahidi tarixçi, yazıçı və tədqiqatçı Prof. Dr. İlber Ortaylı oldu. Bəyin Osmanlı zabitini xatırladan paltar geyinməsi, qonaqların Osmanlı və Səlcuqlu dövrlərini xatırladan geyimlərdə olması toya rəng qatıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi Beykoz İctimai Təsislərində təşkil edilən mərasimdə Osmanlı Sultanı II. Abdülhəmid Xanın 25 yaşlı 5-ci nəsil nəvəsi Berna Sultan Osmanoğlu Yiğit Onur Özcanla evlənib.

Toy mərasimində cütlüyün nikah şahidi  tarixçi, yazıçı və araşdırmaçı Prof. Dr. İlber Ortaylı, Rifah Partiyasının keçmiş millət vəkili Şevki Yılmaz və teleaparıcı, yazıçı və xəttat Mehmet Fatih Çıtlak olub.

Toy mərasimində mehter qrupu marşlar ifa edib, instrumental ifaçılar qrupu sufi musiqisindən nümunələr təqdim edib.

Maraqlı gəlinlikləri və seçdikləri bəy kostyumları ilə diqqət çəkən cütlüyün toyunu Beykoz bələdiyyə başqanı Murat Aydın edib.

Səlcuqlu və Osmanlı İmperatorluğu dövrünə aid paltar və zireh geyinən insanlar mərasimə rəng qatıb.

Osmanlı sülaləsində təxminən 3 illik fasilədən sonra ilk dəfə evlilik baş tutub.

Sonuncu sülalə toyları 2021-ci ilin iyun və iyul aylarında İstanbulda keçirilib və gəlinin böyük bacısı Nilüfer Osmanoğlu və böyük qardaşı Yavuz Səlim Osmanoğlu bir-birinin ardınca evləniblər.

Gəlinin atası Orxan Osmanoğlu dördüncü övladının evini qurmasına çox sevindiyini və bircə övladının qaldığını bildirib.

Mərasimdə cütlüyün valideynləri, qohumları və yaxın dostları iştirak edib.


Osmanlı sülaləsinin yaşayan 14 qadın üzvündən (sultanlarından) biri olan Berna Sultan Osmanoğlu 1998-ci ildə İstanbulda anadan olub və 34-cü Osmanlı sultanı olub. Əbdülhəmid xanın 5-ci nəsil nəvəsidir. Şahzadə Harun Osmanoğlu, yaşayan 24 Osmanlı şahzadəsi arasında ən yaşlısı olduğu üçün Osmanlı sülaləsinin başçısı tituluna malikdir. Berna Osmanoğlu Şehzadə Orhan Osmanoğlunun beş övladının dördüncüsüdür.