Hava meteohəssas insanlarda narahatlıq yarada bilər

Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər.
APA-nın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.
Bildirilib ki, fevralın 22-də Abşeron yarımadasında yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.