Gecə və səhər bəzi rayonlarda yollar buz bağlayacaq

Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.