Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Tibb elmləri doktoru professor, Adil Qeybulla "Sherg.az"a vurğulayıb ki, "meteohəssas insan" iqlim təlatümlərinə qarşı reaksiyası olan şəxslərə deyilir:
“Yer kürəsində cazibə qüvvəsi Günəş ətrafında fırlanır və Günəşdən daim enerji alır. Bizi kosmik şüalanmadan qoruyan Yer kürəsinin atmosferidir. Günəşin mərkəzində bəzən nüvə partlayışları olur və bunun nəticəsində elektromaqnit sahəsi yaranır. Bu kosmik şüalanma Yerə qədər gəlib çatır. Yerin atmosferindən isə müəyyən qədər keçərək bəzi canlılara təsir edir. Belə hallarda həssas insanlarda dəyişikliklər baş verir. Mütəmadi olaraq iqlim üzrə məsul olan qurumlar da bu haqda insanlara xəbərdarlıq edirlər. Ümumiyyətlə, bu gün astronomiya elmi elə səviyyəyə çatıb ki, xeyli məsələləri proqnozlaşdırmaq, görmək, bilmək və izləmək mümkündür. Onlar isə müəyyən qanunauyğunluqlar əsasında fəaliyyət göstərir”.