Siqareti atmağınıza kömək edən yeni ixtira: İçməli qida əlavəsi

Türkiyəli Alim Dr. Erdem Tezcan siqareti tərgitməyə kömək edən və heç bir yan təsiri olmayan məhsul hazırlayıb. Tezcanın TÜBİTAK tərəfindən dəstəklənən ixtirasının siqaret çəkənlərin xilasında mühüm rol oynayacağı bildirilib.
“Sherg.az” türk mediasına istinadən xəbər verir ki,  Dr. Erdem Tezcanın hazırladığı “içməli qida əlavəsi”nin nikotinə olan istəklərini azaldaraq, insanların siqareti tamamilə tərk etmələrini təmin edəcəyi iddia edilib.
Tezcan, TÜBİTAK Marmara Teknokent Türkiyə Qida İnnovasiya Platformasının inkubasiya mərkəzində bu barədə açıqlama verib. O bildirib ki, inkişaf etdirdiyi məhsul siqaret çəkənlərin nikotinə olan istəklərini azaldaraq onları tamamilə buraxmağa kömək edir.
Tezcan, məhsulun təbii olması və tərkibində nikotin olmadığı üçün siqaret çəkənlərin həyatında mühüm rol oynayacağını xəbər verib.