Bu şəxslərin taksi fəaliyyətinə icazə verilməyəcək

Kimlərin taksi fəaliyyətinə icazə verilməyəcəyi açıqlanıb.
Bu barədə Bakupost.az -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi, buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyətinə icazə verilməyəcək”, - məlumatda vurğulanıb.